BMT nüvə silahına malik olan ölkələrin boykotuna baxmayaraq, 122 ölkənin dəstəyilə nüvə silahlarını yasaqlayan sazişi təsdiq edib.
Baki-xeber.com xəbər verir ki, xüsusilə qeyri-hökumət təşkilatlarının kampaniyaları ilə uzun müddətdir müzakirələri aparılan saziş, sonunda BMT Baş Assambleyasında təsdiqlənib. Tədbiri bütün nüvə silahına malik olan ölkələr boykot edib.
Layihə ABŞ, İngiltərə, Rusiya, Fransa, Çin kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və digər nüvə silahına sahib ölkələrin boykot etdiyi müzakirələrdə 122 ölkənin dəstəyi ilə qəbul edilib. Sazişin əleyhinə yalnız Hollandiya səs verib, Sinqapur bitərəf qalıb. Səsverməyə aralarında ABŞ, Rusiya, İngiltərə, Çin, Hindistan, Pakistan, Türkiyə, İran, İsrail, Fransa, Almaniya, Yunanıstan, Yaponiya və İtaliyanın da olduğu 69 ölkə qatılmayıb.
Layihənin qəbul olunmasından sonra ABŞ, İngiltərə və Fransa birgə açıqlama yayaraq, buna sərt reaksiya veriblər. Razılaşma mətninin müzakirələrinə qatılmadıqlarını ifadə edən üç ölkə "Razılaşmanı nə imzalamağa, nə təsdiq etməyə, nə də gələcəkdə iştirak etmək niyyətimiz yoxdur. Buna görə də ölkələrimiz nüvə silahı mövzusunda qanuni öhdəliklərini dəyişməyəcək" – deyə bildirib.
Ancaq buna baxmayaraq nüvə əleyhdarı qruplar razılaşmadan ümidlir. Nüvə silahlarının məhv edilməsi mövzusunda beynəlxalq kampaniyanın (ICANN) direktoru Beatris Fin, "Bu günün nüvə dövrünün sonunu başladan gün olmasına ümid edirik" deyib.
Konfransın rəhbəri Eleyn Uayt Qomez isə nəticələri elan edərkən sürəkli alqışlarla qarşılanıb. Tarixdə ilk dəfə 122 ölkə sazişi qəbul edib: "Nüvə silahlarından təmizlənmiş bir dünya üçün ilk toxumları atmağı bacardıq. Dünya bu leqal sənədi 70 ildir gözləyirdi. 1945-ci ilin avqust ayında Hiroşima və Naqasaki hücumundən bəri" – deyə, o bildirib.
Qomez deyib ki, ilk çoxtərəfli sazişin başa çatdırılması 20 ildən çox vaxt tələb edəcək.
Sentyabr ayında imzaya açıq olan sənəd 50 dövlətin ratifikasiyasını qazandıqdan sonra qüvvəyə minəcək.