ABŞ-da təxminən 150 Rusiya kəşfiyyatçısının olduğu iddia edilir. Baki-xeber.com xəbər verir ki, bu barədə CNN televiziyası məlumat yayıb.
ABŞ kəşfiyyatındakı mənbələrə istinad edilən xəbərdə, 2016-cı ildə prezident seçkilərinin ardından ABŞ-a daxil olan və kəşfiyyatçı olduqlarından şübhə edilən rusların sayının nəzərəçarpacaq şəkildə artdığı bildirilir.
Adı açıqlanmayan rəsmilər, Rusiyanın ABŞ tərəfindən deportasiya edilən 35 rus diplomatın yerini doldurmağa çalışdığını iddia edir.
Rusiya Xarici Kəşfiyyat Xidməti CNN-nin xəbərini şərh etməkdən imtina edib.
Qeyd edək ki, sözügedən 35 rus diplomatı ABŞ-ın sabiq prezidenti Barak Obama dövründə deportasiya edilib.