Səudiyyə Ərəbistanı Britaniyada ekstremizmin əsas xarici dəstəkverənidir.
Baki-xeber.com-un xəbərinə görə, bu fikirlər Britaniyanın Henri Cekson İctimai Analitik Mərkəzinin hesabatında yer alıb. Hesabatda müəlliflər islam ekstremizmi və cihad təbliğatçılarının xaricdən güclü şəkildə maliyyələşdirən qüvvələrin Britaniyada təsir gücünün yüksək olması barədə xəbərdarlıq edir. Bu kontekstdə analitik mərkəz Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin ekstremizmlə əlaqələrinin raşdırılması barədə artıq çağırışlar da edib.
Hesabatda bildirilir ki, sünni təriqətinə mənsub Körfəz ölkələri və İran məscidləri və dini təhsil ocaqlarını maliyyələşdirir və həmin obyektlərdə də ekstremist təbliğatçılar yerləşdirilir. Müəlliflərin fikrincə, bu ölkələrin siyahısının başında isə Britaniyanın Yaxın Şərqdə ən böyük müttəfiqi və ticarət tərəfdaşı olan Səudiyyə Ərəbistanı durur. Sənəddə vəhhabizm ideologiyasının yayılmasında aktivlik göstərən şəxs və təşkilatların olduğu nümunələrlə qeyd olunur. Hesabat müəlliflərinin fikrincə, əksər hallarda Britaniyaya bu istiqamətdə daxil olan vəsaitlər ölkə daxilində casusların hazırlanmasına və fəaliyyətinə yönəldilir.
Səudiyyə Ərəbistanının Britanitadakə səfiri isə deyilənlərlə razılaşmır. Hesabatın dərcindən sonra bu ölkənin Londondakı səfirliyi bəyanat yayaraq Krallığın ünvanına deyilənləri “əsassız” adlandırıb. “Biz silahlı ekstremizm ideologiyası ilə heç zaman barışmayacağıq və bu anormal insanlar və təşkilatlar məhv edilməyincə sakit oturmayacağıq”- dipmissiyanın şərhində deyilir.