Rusiya prezidenti Vladimir Putinin az qala əkiz tayı qədər oxşarı olan 54 yaşlı çinli fermer Lo Yuanpin kasıbçılıq üzündən evlənə bilmir.
Baki-xeber.com-un xəbərinə görə, fermer deyib ki, zahiri görünüşü ilə məşhurlaşsa da, bu onun maddi durumuna müsbət təsir göstərməyib. “The Sun” qəzetinin yazdığına görə, Lo Çinin Feyşi vilayətinin Anxoy kəndində yaşayır və kiçik fermer təsərrüfatı var. Lakin hələ 2011-ci ildə Putinə oxşaması ilə medianın diqqətini çəkərək televiziyalarda, saytlarda, qəzet və jurnallarda görünməsi onun həyatında heç bir dəyişikliyə səbəb olmayıb.
Çinli “Putin” deyib ki, maddi çətinlik üzündən evlənə də bilmir.