Rusiya Federasiyasının XİN rəhbəri Sergey Lavrov Putinlə Trampın gözlənilən görüşünü hava proqnozu ilə müqayisə edib.
Baki-xeber.com-un xəbərinə görə, jurnalistin, baş tutacağı təqdirdə, bu görüşdən hansı gözlətilərin olduğu barədə sualına Lavrov “Bəs sabah Moskvada havanın necə olacağından nə gözləyirik” ritorik sualını səsləndirib.
Xatırladaq ki, daha öncə Vladimir Putinlə Donald Trampın iyulun 7-də Hamburqda keçiriləcək “Böyük iyirmiliyin” sammitində görüşəcəkləri xəbəri yayılıb. Daha sonra Lavrov jurnalistlərlə söhbətində iki ölkə lideri arasında baş tutacaq danışıqların formatı barədə məlumat verib.