Cənubi Koreyada dislokasiya olunmuş ABŞ Silahlı Qüvvələri Pxenyanın qitələrarası ballistic raket sınağına raket atışması ilə cavab verib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Reuters” informasiya yayıb. Bildirilir ki, bu zaman Amerika taktiki raket komplekslərindən və Cənubi Koreyanın “Hyunmoo Missile II” raketlərindən istifadə olunub. Pentaqonun mətbuat katibi Dana Uayt deyib ki, ABŞ öz müttəfiqlərini – Yaponiya və Cənubi Koreyanı qorumağa hazırdır.
Qeyd edək ki, Şimali Koreyanın bu günlərdə sinaqdan keçirdiyi raket 933 km məsafə qət edərək maksimal 2802 km yüksəklik yığa bilib. Raketin sınağı barədə göstəriş şəxsən Kim Çen Indan gəlib və o bunu ABŞ-ın Müstəqillik Günündə “amerikan vələdüzzinalarına hədiyyə” adlandırıb.