ABŞ Suriyada Bəşər Əsədin taleyini Rusiyanın əlinə buraxmağa hazırdır. Baki-xeber.com xəbər verir ki, bununla bağlı ABŞ mərkəzli “Foreign Policy” məlumat yayıb.
İddia edilir ki, bu açıqlamanı ABŞ dövlət katibi Reks Tillerson Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreslə görüşü zamanı səsləndirib.
Qeyd edilir ki, görüşdə ABŞ dövlət katibi Əsədin taleyini Rusiyanın əlinə buraxmağa hazır olduğunu bildirib.
Vaşinqton rəhbərliyinin Suriyada əsas hədəfinin terror təşkilatı İŞİD-i məğlub etmək olduğunu bildirən R.Tillerson, ABŞ-ın Suriya ordusuna hücumlarının isə kimyəvi hücumları daşındırmaq və koalisiya qüvvələrini qorumaq kimi məhdud taktiki məqsədlər daşıdığını deyib.
Onu da qeyd edək ki, Rusiya rəsmiləri bəyan edirlər ki, Əsədin gələcəyinə Suriya xalqı qərar verməlidir.