Özünü İslam Dövləti adlandıran qruplaşmanın (İŞİD) "paytaxtı" Raqqada şiddətli döyüşlər zamanı Köhnə Şəhərdəki divarın bəzi hissələri hava zərbəsilə məhv edilib.
ABŞ hərbiyyəsi bildirir ki, Amerika tərəfindən dəstəklənən Suriya qüvvələri Raqqadakı Köhnə Şəhər divarlarını yarmağa nail olublar. "Raqqanın ən yaxşı müdafiə edilən hissələrinə SDF qüvvələrinin daxil olması üçün koalisiya Köhnə Şəhəri əhatə edən Rafiqə divarında hava zərbəsilə iki kiçik boşluq açıb", - deyə ABŞ-ın Mərkəzi Komandanlığı bildirilib.
Məlumata görə koalisiyanın hərbi aviasiyası qədim Rafiqə divarına zərbə endirməklə Suriya demokratik qüvvələrinin (SDF) irəliləməsini təmin edib.
Havadan dəstək alan SDF qüvvələri aylardır şəhəri mühasirədə saxlayır. 2014-cü ildə Raqqanı ələ keçirən İD, şəhəri elan etdiyi "xilafətin paytaxtı" seçib. Şəhər cihadçı qrupların əsas hərbi mərkəzi sayılır. ABŞ koalisiyasına əsasən şəhərdə 2500 İŞİD döyüşçüsü var.
Şəhərdə 100 min sakinin qaldığı güman edilir. Xəbərlərə görə İŞİD sakinlərin şəhərdən çıxmasına yol vermir.