Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz "Böyük iyirmiliy"in (G20) sammitində iştirak etməyəcək. Trend-in məlumatına görə, belə qərarın qəbul edilməsinə səbəb bölgədəki Qətər böhranıdır.
Qeyd edək ki, G20 sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək. Zirvə görüşünə ABŞ, Rusiya və Türkiyə prezidentləri də qatılacaq.