ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər liderlərilə telefon danışığı aparıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər yayıb. Xəbərə görə, üç ölkə başçısı ilə danışıqlarında o, Qətər ətrafında baş verənlərdən narahatlığını bildirib. Tramp eyni zamanda terrorizmin maliyyələşdirilməsinin dayandırılmasının önəmini vurğulayıb. O deyib ki, regionda tərəqqiyə nail olunmasının və terrorizm kökünün kəsilməsinin yolu birlikdən keçir .
Daha öncə bildirildiyinə görə, Ərəb ölkələri sorğularına cavab verməsi üçün Qətərə verilən vaxın 48 saata kimi uzadılmasına razılıq verib.