Suriya valyutası üzərində Əsədin şəkilləri peyda olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə SANA agentliyi xəbər yayıb. Xəbərə görə, buna qədər Bəşər Əsədin atası Hafiz Əsədin şəkilləri olan nominallar dövriyyədə olub və 1000 Suriya funtu dəyərindədir. Bəşər Əsədin fotosu ilə dövriyyəyə buraxılan banknot isə 2000 Suriya funtu dəyərindədir və dövriyyədəki ən böyük pul nominalıdır.
Qeyd edək ki, 2000 Suriya funtu 3,5 avro ekvivalentindədir.