Qırğızıstanda iki jurnalist Beş-Taş adlanan qoruğun ərazisindən axan eyniadlı çayda boğulub.
Baki-xeber.com-un “interfax”a istinadən xəbərinə görə, öncə İctimai televiziyanın əməkdaşı, 38 yaşlı Elmira Suyutbekova bədbəxt təsadüf nəticəsində suya yıxılıb. Bu zaman onun köməyinə NEXT TV-nin 34 yaşlı icraçı direktoru Suyun Omurbekov gəlib. Lakin intensiv axan dağ çayından heç biri xilas ola bilməyib. Belə ki, xilasedicilər gələnə kimi yerli sakinlər onların meyitlərini sudan çıxararaq təcili yardın briqadasına təslim edib. Onların hər ikisi evli olub, birinin 4, digərinin 3 uşağı qalıb.