Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropa Şurasının Baş katibi Torbyorn Yaqlandla telefon danışığı zamanı Moskvanın təşkilatın büdcəsinə ödədiyi üzvlük haqlarının dayandırıldığını bəyan edib.
Baki-xeber.com-un xəbərinə görə, buna səbəb Avropa Şurası Parlament Assambleyasında Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasıdır. Xəbərə görə, bu demarşın nəticələri gələn həftə Yaqlandın AI Nazirlər komitəsinin üzvlərilə görüşü zamanı müzakirə olunacaq.