Londonun minlərlə sakini Tereza Mey hökumətinin buraxılması tələbilə küçələrə çıxıb.
Baki-xeber.com-un xəbərinə görə, Not one day more ("Bir gün də ləngimədən") adlandırılan aksiyanın təşkilatçısı The People's Assembly Against Austerity təşəbbüs qrupu olub.
Aksiyada minlərlə sakin Londonun mərkəzi küçələrilə yürüş edərək tələblərini səsləndirib. Parlament meydanına gələn kütlə burada ötən ay baş vermişbina yanöınında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Xatırladaq ki, “Grenfell Tower”-də baş verən sözügedən yanğında 80 nəfərə yaxın insan dünyasını dəyişmişdi.