ABŞ Nyu-Yorkda yerləşən İrana bağlı 36 mərtəbəli bir binanı müsadirə edə bilər. Baki-xeber.com xəbər verir ki, bununla bağlı Nyu-York məhkəməsi qərar çıxarıb.
Məhkəmənın qərarına görə, ABŞ 36 mərtəbəli göydələni, İran tərəfindən nəzarət edildiyi üçün müsadirə edə bilər. Bu qərar, terrorla əlaqəli ən böyük müsadirə əməliyyatı kimi ABŞ tarixinə düşə bilər.
Nyu-Yorkda 5-ci Prospektdə yerləşən göydələndən əldə edilən milyonlarla dollar pulun “Bank Melli” vasitəsilə İrana köçürüldüyünü bildirilir. Göydələnin 60 faizinin “Alavi Foundation”a aid olduğu və bu təşkilatın ABŞ-ın İran sanksiyalarını pozduğu qeyd edilir. Digər tərəfdən, iddia edilir ki, “Alavi Foundation”, İran dövlət bankının formal olaraq yaratdığı və göydələnin 40 faizlik hissəsinə sahib “Assa Corporation”la birgə “çirkli pulların” yuyulmasında iştirak edir.
“Al Arabiya” yazır ki, bu müsadirə (mədəni hüquq müsadirəsi) əməliyyatından əldə ediləcək puldan 1983-cü ildə Beyrut və 1996-cı ildə Səudiyyə Ərəbistanında törədilən hücum qurbanları faydalanacaq.
Qeyd edək ki, Tehran bu hücumlarla əlaqəsi barədə iddiaları qəbul etmir.