Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Trend Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı prezidentlər Suriya böhranının tənzimlənməsinin əsas aspektlərini müzakirə ediblər.
Danışıq zamanı prezidentlər Suriyada vəziyyətin nizamlanmasna dair iyulun əvvəlində Astanada keçiriləcək 5-ci beynəlxalq görüşlə bağlı məqamları müzakirə ediblər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında da telefon danışığı olub. Telefon danışığı zamanı bir sıra məsələlər müzakirə olunub, həmçinin Qətər və Fars Körfəzi ölkələri arasında olan böhran.
Məlumata əsasən, Donald Tramp bütün müttəfiqlərinin və tərəfdaşlarının terrorçuluqla və ekstremizmlə mübarizə səylərinin artırılmasının vacibliyini vurğulayıb.