London polisinin antiterror bölümünün əməkdaşları ötən gün Xitrou aeroportunda terror törətməyə hazırlaşdığı ehtimal edilən qadını saxlayıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə xəbər Skotlend-Yard saytında yerləşdirilib. Xəbərdə deyilir ki, 21 yaşlı Britaniya vətəndaşı istanbula gedərkən saxlanaraq polis bölməsinə gətirilib. Onun Suriya ilə əlaqəli olduğu bildirilir.
Xəbərdə o da bildirilir ki, olayla əlaqədar hüquq-mühafizə orqanları Londonun şimalında iki ünvanda axtarış aparıb.