Paris yaxınlığında avtomobilini məscidin qarşısında toplaşmış müsəlmanların üstünə sürməyə cəhd edən naməlum şəxs zərərsizləşdirilib. Baki-xeber.com xəbər verir ki, bu barədə Paris polisi məlumat yayıb.
Avtomobilini insanların üzərinə sürməyə çalışan, ancaq məscidin qarşısındakı maneələrə görə, planı baş tutmayan naməlum şəxs polis əməkdaşları tərəfindən saxlanıb. hadisə zamanı ölən ya da yaralanan olmayıb.
Saxlanan şəxsin erməni əsilli olduğu bildirilir.