Gürcüstan parlamentinin deputatlarının elektron poşt qutuları kiberhücuma məruz qalıb.
Baki-xeber.com-un məlumatına görəə, bu barədə “Rustavi-2” telekompaniyası xəbər yayıb. Televiziyanın xəbərinə görə, deputatların bir çoxu kiberhücumun olacağı və bu səbəbdən elektron poçtdan istifadə etməməklə bağlı sms-bildiriş alıb.
Deputat Serqo Ratiani jurnalistlərə deyib ki, bir gün öncə onlara xəbərdarlıq olunub, bu gün isə təhlükənin sovuşduğu bildirilib.
Hələlik neçə poçt qutusunun akkauntunun sındırıldığı barədə məlumat verilmir. Gürcüstan DİN-in olayla bağlı açıqlamasında məsələnin araşdırıldığı xəbər verilib.
Xatırladaq ki, qəsbkar “Petya” virusu bu günlərdə dünyanın bir çox ölkəsində ciddi fəsadlar törədib. Bundan daha çox zərər görən isə Ukrayna olub.