Qətər Fars körfəzinin ərəb ölkələri Əməkdaşlıq Şurası ilə bütün layihələri dayandıra bilər.
“Trend”-in məlumatına görə, belə qərarın Səudiyyə Ərəbistanı başda olmaqla bir sıra ərəb ölkələrinin Qətərə qarşı əsassız ittihamlarla çıxış etməsi ilə əlaqədar qəbul edildiyi bildirilir.
Yerli KİV yazır ki, Qətər Türkiyə ilə birgə layihələrdə daha çox maraqlıdır. Tikinti, tibb və əczaçılıq kimi sahələr türk investorları cəlb edə bilər. Həmçinin Türkiyə və Qətər arasında azad iqtisadi zonanın yaradılması gözlənir.
Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiyini bəyan edib. Daha sonra digər ölkələr də Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.