Venesuela ali məhkəməsinin kompyuter sisteminə kiberhücum təşkil edənlər prezident Maduronun istefasını tələb edib.
Baki-xeber.com-un xəbərinə görə, onlar bəyan ediblər ki. söhbət qisasdan deyil, ədalətin bərpasından və “dəyikliyin zəruriliyini anlamaqdan” gedir. Karakasda Ali məhkəmənin binasına kiberhücum təşkil edən ölkə kəşfiyyatının bir qrup işçisi videomüraciət də yayıblar. Həmin videomüraciətdə prezident Nikolas maduronun istefası tələb olunur.
“Prezident Nikolas Maduro Moros, biz sənin nazirlərinlə birlikdə istefanı və təcili ümumxalq seçkilərinin elanını gözləyirik” – deyə qrupun rəhbəri, polis zabiti Oskar Peres videomüraciətdə bildirir. O həmçinin deyib ki, qrup hakimiyyətin demokratik qüvvələrə verilməsində və ölkədə konstitusiya qrupunun bərpasında qərarlıdır.
Xatırladaq ki, daha öncə Venesuela Ali məhkəməsi helikopterdən açılan atəşlərə məruz qalmışdı. O zaman prezident Maduro bunu “terror hücumu” adlandırmışdı və prezident aparatının qarşısına zirehli texnika yeridilmişdi.