Amerikada Atom Elektrik Stansiyasına haker hücumu olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə energetika və ətraf mühit üzrə ixtisaslaşmış E&E News saytı xəbər yayıb.
ABC News isə bildirir ki, ABŞ hökuməti azı 1 AES-də kompyuter sisteminin sındırılmasını təhqiq edir, lakin xəbərdə AES-in adı bildirilmir. Telekanalın xəbərinə görə, sistemin ən həssas və əməliyyat bölümünün zərər görməsi barədə hələlik açıqlama yoxdur. Eyni zamanda o da bəlli deyil ki, bu, bu günlərdə dünyada baş vermiş kiberhücumlarla bağlıdır, ya yox.
Xatırladaq ki, iyunun 27-də pul tələb edən virus dünyanın bir neçə ölkəsinin dövlət idarələrinin və özəl təşkilatlarının IT sistemini çökdürüb. Bu sırada ən çox zərər görən isə Ukrayna olub. İndi hakerlər hər kompyuterin bərpası üçün 300 dollar tələb edir.
Onu da qeyd edək ki, “petya” adlandırılan bu virus kompyuterin yaddaşını şifrələyir və onun açılması üçün pul tələb edir.