Suriya prezidenti Bəşər Əsəd Lazkiyedə Rusiyanın Hmeymim hərbi hava bazasını ziyarət edib. Baki-xeber.com xəbər verir ki, Əsədi Hmeymim bazasında Rusiya Baş qərargah rəisi Valeri Gerasimov qarşılayıb.
Səfəri zamanı Əsəd bazadakı Rusiya təyyarə və silahlarına baxıb.
Bu, Əsədin Rusiya hərbi hava qüvvələrinin döyüşlərdə Suriya hökumətinə dəstək verdiyi gündən indiyə kimi ilk ziyarətidir.
Onu da qeyd edək ki, bu gün ABŞ Suriyada növbəti kimyəvi hücuma potensial hazırlığın müəyyənləşdirildiyini bildirərək, Əsədə rejiminə xəbərdarlıq edib. Rusiya isə ABŞ bu təhdidinə sərt reaksiya verib.
Əsədin də məhz belə bir vaxtda Rusiya bazasını ziyarət etməsi təsadüfi görünmür.