Suriya hökuməti növbəti dəfə günahsız insanların kütləvi məhvinə səbəb olacaq kimyasal hücum planlayır.
Baki-xeber.com-un xəbərinə görə. belə bir xəbərdarlıqla Ağ Evin mətbuat xidmətinin rəhbəri Şon Speyser çıxış edib. Bildirib ki, ABŞ Əsəd hökumətinin potensial kimyasal hücumlara hasırlaşması ilə bağlı kəşfiyyat məlumatı əldə edib. “Bu, aprelin 4-də Xan-Şeyxun şəhərində günahsız insanların kütləvi ölümünə səbəb olan hadisələrin davamı olacaq”- xəbərdə deyilir.
Ağ Ev sözçüsü onu da deyib ki, bu baş verərsə, Əsəd və ordusu ciddi bədəl ödəyəcək.
Xatırladaq ki, ABŞ Dəməşqi bu ilin aprel ayında İdlibdə kimyasal silahlardan istifadə etməkdə ittiham edir. Əsəd hökuməti isə həmin versiyanı qətiyyətlə inkar edir.