Yelisey Sarayında Ukrayna prezidenti Petro Poroşenko ilə görüşən Fransa prezidenti Emmanuil Makron Krımın Rusiya tərəfindən ilhaq edilməsilə barışmayacaqlarını deyib.
Baki-xeber.com-un xəbərinə görə, görüşün ardından keçirilən mətbuat konfransında Makron Ukraynanın ərazi bütövlüyünü dəstəklədiklərini və “Fransanın Krımın ilhaqını qəbul etməyəcəyini” bildirib.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq təşkilatının müşahidəçilərinin ərazidə olmasına rəğmən Rusiyayönlü qüvvələrin nəzarətində saxladığı ərazilərə diqqət çəkən Makron atəşkəsi nəzərdə tutan Minsk razılaşmasının müddətinin uzadılmasının vacibliyini qeyd edib.
Öz növbəsində Poroşenko bildirib ki, məsələnin çözümü məqsədilə “Normand dördlüyü” ölkələrinin iyunun axırı və ya iyulun əvvəllərində bir araya gəlməsi planlaşdırılır.