Argentina yığmasının keçmiş futbolçusu və məşqçisi Dieqo Maradona Rusiyaya səfər etmək və prezident Putinlə görüşmək niyyətindədir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə keçmiş futbolçu ole.com.ar saytına açıqlamasında deyib. “Biz yenidən Putinlə görüşəcəyik. O mənə zəng edib dedi ki, Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün nəsə edim. Mən Putinin fanatıyam və onun xahişinə böyük məmnuniyyətlə razılıq verdim. Lakin bu xahişi prezidentlə şəxsi görüşdə müzakirə etmək lazımdır”- deyə o bildirib.