Türkiyənin Hatay vilayətində polisin sayıqlığı nəticəsində terror aktının qarşısı alınıb.
Baki-xeber.com-un Dogan agentliyinə istinadən xəbərinə görə, polis Suriya nömrə nişanlı maşını sıradan yoxlanış üçün saxlayıb. Bu zaman avtomobildə 3 Türkiyə, 2 Suriya vətəndaşı olub. Onlardan iki nəfərin əynində intiharçı jileti olub. Polis dərhal onları zərərsizləşdirərək aidiyyəti üzrə təhvil verib.
Terrorçuların bayram günlərində Türkiyə ərazisində terakt törətmək niyyətində olduqları bəlli olub.