Səudiyyə Ərəbistanında daha bir terror hadisəsi baş verib.
Baki-xeber.com-un xəbərinə görə, bu dəfə faciəli olay müsəlmanların müqəddəs şəhəri olan Məkkədə yaşanıb. Belə ki, polislə atışmaya girən intiharçı sonda özünü partladıb. Nəticədə 11 nəfər yaralanıb. Əməliyyat nəticəsində tutulan 5 nəfərin müqəddəs Kəbənin yerləşdiyi Məscidi-Harama hücum hazırladığı bildirilir.
Saudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi canlı bombanın məscidə hücum etməsinin qarşısının alınması ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, əməliyyat zamanı Ciddə və Məkkədə bir çox şübhəli ünvanlara baxış keçirilib və Məkkədə evlərin birində aşkarlanan canlı bomba özünü partladıb. Yaralananların 5-i polis, 6-sı əcnəbidir.
Polisin keçirdiyi əməliyyat nəticəsində 5 nəfəre terrorçu tutulub ki, onlardan biri qadındır.