“ABŞ-ın yeni prezidenti Donald Trampda ən çox xoşuma gələn “nəsnə” onun xanımı Melanyadır, hərçənd, mən onunla şəxsən tanış deyiləm”.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri İtaliyanın eks Baş naziri Silvio Berluskoni yerli “La7” telekanalının efirində səsləndirib. Xəbərdə deyilir ki, bunu 80 yaşlı siyasətçi “Trampı Amerikanın Berluskonisi hesab edirsinizmi” sualının cavabında deyib. Onun sözlərinə görə, Melanyanın gözəlliyi, stili və cazibəsi o qədər xoşdur ki, “heç demokratlar da onun ünvanına tənqid səsləndirmir”.
Qeyd edək ki, Berluskoni hər zaman qadınlara xüsusi diqqətilə mətbuatın gündəmində olub və görünən o ki, “içindəki qadın sevgisi” onu bu ahıl yaşlarında da tərk etməyib.