ABŞ prezidenti Donald Tramp ərəb ölkələri arasında barışığın əldə olunması məqsədilə sammit çağırılması təşəbbüsü ilə çıxış edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Fox News” yazır. Nəşrin xəbərinə görə, sammitin məqsədi bir sıra ərəb ölkələrinin Qətərlə münasibətlərini kəsməsinə son qoymaqdır. Ağ Evdən bildiriblər ki, 40 il müddətində Ərəb dünyasında belə bir hal yaşanmayıb və Tramp bu situasiyanı normala döndərmək niyyətindədir.
Beləliklə də ABŞ prezidenti regiona səfərinin dərhal ardından Qətərə qarşı başladılan hadisələrin təşəbbüskarının özü olması barədə deyilənləri n üzərinə kölgə salmış olub.
Qeyd edək ki, daha öncə Qətər Ərəb dünyasında barışdırıcılıq yönündə çağırışları “reallıqdan uzaq” adlandırmışdı.