Rusiya Hərbi Dəniz Donanmasına məxsus gəmilər İŞİD-in Suriyadakı silah anbarını dənizdən atdığı “Kalibr” qanadlı raketlərilə darmadağın edib.
Baki-xeber.com-un xəbərinə görə, RF Müdafiə Nazirliyindən bildirilib ki, Türkiyə və İsrail komandanlıqları raketlərin atılacağı ilə bağlı öncədən məlumatlandırılıb. Xəbərə görə, Aralıq dənizinin şərq hissəsindəki “Admiral Essen”, “Admiral Qriqoroviç” freqatlarından və “Krasnodar” sualtı qayığından Suriyadakı İŞİD obyektlərinə 6 qanadlı raket atılıb. Nəticədə terroristlərin Həmadakı iri sursat anbarı məhv edilib, belə ki, zərbə nəticəsində anbardakı silahlar da partlayıb.
RF Müdafiə Nazirliyi onu da bildirib ki, qalan obyektlər və terrorçular havadan HKQ zərbələrilə vurulub.