ABŞ Prezidenti Donald Trampın hansı xarici siyasət yürüdəcəyi qabaqcadan bilinmir ki, bu da dünya ictimaiyyəti üçün narahatlıq mənbəyidir. Trend-in məlumatına görə, bunu Fransa Prezidenti qismində Avropa mətbuatına ilk müsahibəsini verən Emmanuel Makron deyib.
E.Makronun sözlərinə görə, D.Tramp hələ də öz xarici siyasətinin konseptual əsasını hazırlamayıb: “Ona görə də onun siyasətini qabaqcadan proqnozlaşdırmaq çətindir və bu, bütün dünya üçün narahatlıq mənbəyidir”.