ABŞ-ın Şərqi Avropadakı müttəfiqləri Vaşinqtona etimad göstərib ondan silah almalıdır, çünki bu ölkələrin rus silahlanma sistemindən istifadəsi onları “Rusiya aqressiyası” qarşısında həssas duruma gətirir.
Baki-xeber.com-un xəbərinə görə, bu sözləri konqresmen Pol Kuk deyib. Avstriyanın “Contra Magazin” nəşri isə yazır ki, Vaşinqton anti-Rusiya isterikası fonunda öz maraqlarını irəli çəkərək Avropaya silah satışını genişləndirir. Nəşrin bildirdiyinə görə, bir çox Şərqi Avropa ölkələrində hələ də sovet silahlanma sistemindən istifadə olunur, ABŞ isə situasiyanı öz xeyrinə dəyişməyə çalışır. Bundan bağqa, jurnal yazır ki, Amerika istehsalı olan mürəkkəb sistemlərdə təhlükəsizlik mexanizmi elə qurulub ki, bu silahlar qarşı tərəfin əlinə düşərsə, həmin mexanizm onun ABŞ və müttəfiqlərinə qarşı istifadəsini mümkünsüz edir.
“Beləliklə də Vaşinqton Avropada anti-Rusiya isterikasını körükləməklə özünün silah ticarətini və eyni zamanda təhlükəsizliyini təmin etməyə can atır”- deyə Avstriya nəşri yazır.