Moskva artıq Tramp administrasiyası ilə Obama administrasiyası arasında bir fərq görmür.
Baki-xeber.com-un xəbərinə görə, bu sözlər CNN-in efirində səslənib. Xatırladaq ki, Moskva xarici işlər nazirinin müavini Sergey Ryabkovla ABŞ dövlət katibinin müavini Tom Şennonun planlaşdırılan görüşünü ləğv edib və bu addımını Konqresdə yeni anti-Rusiya sanksiyalarının müzakirəsilə izah edib. Kanalın şərhinə görə, Moskva bununla sanksiya məsələsində Tramp administrasiyasının “nifrətçi” Obama administrasiyasından heç nə ilə fərqlənmədiyi mesajını verir. Xəbərdə Pyabkovun da açıqlamasına yer verilir və bildirilir ki, Rusiya XİN rəhbərinin müavini baş verənlərdən təəssüfləndiyini diqqətə çatdırıb və deyib:”Təəssüf edirik ki, ABŞ-ın yeni administrasiyası da rusofob Konqresin yedəyində gedir. Konqresdəkilər isə Rusiya-Amerika münasibətlərinin perspektivini sual altında qoymaq üçün artıq daha nələr “kəşf edəcəklərini” bilmirlər”.