İŞİD terror təşkilatının üzvləri Mosulu tərk etmək istəyən ailələrin övladlarını qətlə yetirir.
Baki-xeber.com-un xəbərinə görə, belə bir açıqlama ilə BMT yanında Uşaq Fondu (YUNİSEF) çıxış edib. “Onlar uşaqlardan təzyiq vasitəsi kimi istifadə edərək dinc əhalinin Mosulu tərk etməsinə əngəl olmağa çalışırlar. Bu isə regionda gedən müharibənin nə qədər qeyri-müəyyən və katastrofik olduğundan xəbər verir”- deyə təşkilatın İraqdakı nümayəndəsi Piter Hokins bildirib. O deyib ki, təmsil etdiyi təşkilatın əlində əhalinin şəhəri tərk etməsinə əngəl olmaq məqsədilə İŞİD-in uşaqları qətlə yetirməsi ilə bağlı sənədlər var və beləliklə də terrorçular qorxu yaymaqla bu fikrə düşənləri niyyətlərindən döndərir.
YUNİSEF-in hesabatına görə, 2014-cü ildə İŞİD-in İraqın üçdə birini tutmasından bu günə qədər ölkədə 1 milyon 75 uşaq ölüb, 1,1 mini isə yaralanıb. Mosulun azad olunması uğrunda döyüşlər isə ötən ilin oktyabrından başlayıb. Mu müddət ərzində ölənlərin sayı mindən çox olub, 850 min nəfər isə qaçqın düşüb.