Rusiya prezidenti Vladimir Putin necə kəşfiyyatçı olmağa qərar verməsilə bağlı açıqlama verib. Baki-xeber.com xəbər verir ki, Kremldə orta məktəb şagirdləri ilə gürüşdə, əvvəllər pilot olmaq istədiyini bildirən Putin, sonradan fikrini dəyişərək kəşfiyyatçı olmağa qərar verdiyini deyib.
"Kəşfiyyatçı olmağa qərar verdim. KQB ofisinə getdim. Mən sadə insanlardan biri idim, təqaüdçü ailədən gəlirdim, heç bir əlaqəm yox idi. Hara gedim? Birbaşa KQB ofisinə getdim" – deyən Putin, KQB ofisində ona əvvəl hüquq təhsili almasını tövsiyə etdiklərini bildirib.
"Həmin vaxtdan fizika, kimya, riyaziyyatı oxumaqdan imtina etdim" deyən Putin sonradan hüquq fakültəsinə daxil olub: "Amma bundan əvvəl pilot olmaq istəyirdim. Təyyarə məktəbinə getdim, dəhlizləri gəzdim, baxdım. Sonra həyatımın necə olacağını düşündüm. Nəticə etibarilə bunun maraqlı olmayacağına qərar verdim".
Qeyd edək ki, Vladimir Putin 1975-ci ildə Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub, sonra 1 saylı KQB məktəbində oxuyub. Putin, 1985-1990 illəri arasında Almaniya Demokratik Respublikasında xidməti vəzifədə olub.