İraqın Mosul şəhərindəki El Nuri məscidi İŞİD terrorçuları tərəfindən partladılıb. Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, əyri minarəsilə məşhur olan məscid, İŞİD lideri Əbubəkr əl Bağdadinin özünü “xəlifə” elan etdiyi yer kimi də tanınırdı.
İraq ordusunun yaydığı məlumata görə, yaraqlılar El Nuri məscidini və minarəsini partladıb: “İŞİD, İraq ordusunun irəliləməsini dayandırmaq üçün tarixi məscid və minarəsini havaya uçurub”.
Qeyd edək ki, məscid Mosulun qərbində qarşıdurmaların davam etdiyi bölgədə yerləşir. İŞİD lideri Əbubəkr əl-Bağdadi 2014-cü ildə məhz bu məsciddə “xilafət dövlətinin” yaradıldığını elan etmişdi.