Türkiyədə qida zəhərlənməsilə 730 hərbçi hospitala qaldırılıb.
Baki-xeber.com-un “Hurriyet”-ə istinadən xəbərinə görə, insident Manisa bölgəsində yerləşən hərbi hissələrdən birində baş verib. Belə ki, iyunun 17-də nahardan sonra hərbçilər özlərini pis hiss etməyə başlayıb və təcili xəstəxanaya qaldırılıblar.
Faktla bağlı araşdırmalara başlanıb və 21 nəfər göz altına alınıb.
Türkiyə Müdafiə naziri Fikri Işık hərbçilərin həyati təhlükəsinin olmadığını bildirib.