Türkiyə Suriya ilə 700 kilometrlik məsafə təşkil edən sərhədlərində hasar çəkilməsi işini başa vurub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ankarada parlamentin iclasında TC müdafiə naziri Fikri Işık bəyan edib. Eyni zamanda nazır bildirib ki, analoji layihə ölkənin Iranla sərhədində də həyata keçiriləcək. Nazirin sözlərinə görə, bununla yanaşı, Türkiyə sərhədlərində “inteqrasiya təhlükəsizliyi” ilə bağlı bir sıra işıqlandırıcı sensor vasitələr və videomüşahidə kameraları da quraşdırılacaq.