Rusiya Federasiyasıın Müdafiə Nazirliyi HKQ-nin Rakka yaxınlığındakı bombardmanından sonra “İslam dövləti” terrorçu təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadinin məhv edilməsi xəbərini dəqiqləşdirməyə çalışır.
Baki-xeber.com-un bildirdiyinə görə, bu barəqə RİA”Novosti” xəbər yayıb. Xəbərdə deyilir ki, Nazirlikdən verilən açıqlamada Rusiya HKQ-nin hava hücumu zamanı terrorçu qrupun “hərbi şura” üzvlərinin də ərazidə olduğu və onlarla birlikdə 330 nəfər terrorçunun məhv edildiyi bildirilir.
Qeyd edək ki, bu, İŞİD başçısı əl-Bağdadinin məhv edilməsilə bağlı ilk xəbər deyil. Belə ki, bu günə qədər onun ölüm xəbəri bir neçə dəfə yayılsa da, sonradan təsdiqini tapmayıb.