Londonun mərkəzində 600 yəfərin yaşadığı 24 mərtəbəli binada yanğın baş verib. Çoxmərtəbəli binada saatlarla davam edən yanğın söndürülüb.
Baki-xeber.com xəbər verir ki, şəhər polisi 24 mərtəbəli binadakı yanğın nəticəsində 6 nəfərin öldüyünü açıqlayıb. Amma ölü sayının artması ehtimal olunur.
Onlarla yaralı var, onlardan ən azı 20-nin vəziyyətinin ağır olduğu xəbər verilir. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər binada xeyli insan cəsədinin olduğunu bildiriblər. Yanğınsöndürənlər yanğının tam nəzarət altına alındığını, binanın çökmə təhlükəsinin olmadığını açıqlayıblar.
Bələdiyyəyə məxsus sosial binada müxtəlif ölkələrdən gələn şəxslərin yaşadığı müəyyənləşib. Hadisə zamanı binada Türkiyə vətəndaşlarının da olduğu bildirilir. İlkin məlumata əsasən, binada ümumilikdə 600 nəfər yaşayırmış. Orada yaşadığı müəyyənləşən xeyli insandan xəbər almaq mümkün olmayıb.