ABŞ prezidenti Donald Trampın may ayında Ağ Evdə qəbul etdiyi Rusiya xarici işlər naziri Sergey Lavrova verdiyi gizli məlumatla bağlı yeni iddia ortaya atılıb. Baki-xeber.com xəbər verir ki, iddialara görə, sözügedən gizli məlumatlar İsrailin İŞİD-in bomba istehsalının qarşısını almaq üçün təşkil etdiyi kiber-hücumla əlaqədar olub.
“New York Times”a açıqlama verən ABŞ rəsmilərindən biri, Trampın İsraildən aldığı bu kəşfiyyatını mayın 10-da Oval ofisdə keçirilən görüşdə Lavrov və Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla paylaşıb.
2017-ci ilin ilk həftələrində israilli mütəxəssislərin yaraqlılarının bomba istehsalının qarşısını almaq üçün kiber-hücum təşkil etdiyini ifadə edən ABŞ rəsmisi, "Yaraqlıların kompüter batareyalarına çox bənzəyən kiçik partlayıcılar istehsal etməyi planlaşdırdığı məlum oldu. Təhlükəsizlik cihazlarının da aşkar edə bilməyəcəyi bu “batareyalar” dizüstü kompüterlərə yerləşdirilərək hava limanlarına keçiriləcəkdi" – deyə bildirib.
Mənbələr iddia edilir ki, İŞİD-in planları ilə bağlı kəşfiyyat məlumatları əldə edən İsrail ABŞ-dan bunun açıqlanmamasını istəyib.