Avropa Birliyi (AB) 2015-ci ildə hazırlanan qaçqınların paylaşılması planı ilə razılaşmayan üç üzv ölkə - Polşa, Macarıstan və Çexiya haqqında araşdırma başladıb. Baki-xeber.com xəbər verir ki, bu barədə yüksək səviyyəli AB rəsmilərindən biri açıqlama verib.
"Təəssüf ki, çağırışlara baxmayaraq, Çex Respublikası, Macarıstan və Polşa məcburi xarakter daşıyan planı yerinə yetirmədi. Yunanıstan, İtaliya və digər ölkələrə verdikləri sözləri tutmadılar və lazımi addımları atmadılar. Buna görə də Komissiya, üç üzv ölkə ilə bağlı araşdırmalara başlamaq qərarı verdi" – deyə Avropa Komissiyasından bildirilib.