Yəməndə yayılan vəba infeksiyası aprelin sonlarından bu günə kimi 859 nəfərin həyatla vidalaşmasına səbəb olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir. Bildirilir ki, göstərilən sayda ölüm sayı ölkənin 20 əyalətini əhatə edib. Sənədə görə, ümumilikdə bu müddət ərzində həmin xəstəliyin simptomları ilə xəstəxanalara 116700 nəfər müraciət edib ki, bunun 46 faizini 15 yaşına qədər uşaqlar təşkil edir. 33 faiz isə xəstəliyin qurbanı olub ki, onların yaşı 60-dan yuxarıdır.
Qorxulu virusun yayılmasına səbəb kimi Yəməndəki silahlı münaqişə nəticəsində 3 milyona yaxın əhalinin qaçqın düşməsi üzündən suya və gigiyenik vasitələrə əlçatanlığının olmaması göstərilir.