Ukrayna və Slovakiya liderləri Karpatyanı vilayətdəki Ujqorod sərhəd keçid məntəqəsində “Avropaya simvolik qapı”nın açılışını edib.
Baki-xeber.com-un xəbərinə görə, Ukrayna ilə Şengen müqaviləsi ölkələri arasında vizasız rejimin tətbiqilə bağlı təntənəli açılışda Ukrayna prezidenti Pyotr Poroşenko və Slovakiya prezidenti Andrey Kiska iştirak edib.
Qeyd edək ki, vizasız rejim biometrik pasportu olan ukraynalılara Avropa ərazisində 90 gün müddətində qalmaq imkanı verir. Lakin 90 gün bitdikdən sonra qalmaq zərurəti yaranarsa, artıq viza tərtib olunmalıdır.