Suriya hökumətini kimyasal bombalardan istifadə etməkdə suçlayan ABŞ Rakkaya fosfor bombası atıb.
Baki-xeber.com-un xəbərinə görə, belə bir iddia ilə bu ölkənin nüfuzlu nəşrlərindən olan “Washington Post” çıxış edib. Nəşr ABŞ HHQ-nin Rakka və Mosulda İŞİD-ə qarşı aparılan mübarizədə ən azı iki dəfə qadağan olunmuş “ bəyaz fosfor bombaları”ndan istifadə etdiyini yazır. Beynəlxalq insan hüquqları dərnəklərinin paylaşdığı fotolara istinad edilən xəbərdə ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinə aid təyyarələrin Rakkada son belə hücumu dünən həyata keçirdiyi qeyd olunur.