İraqın Kərbəla şəhərində marketdə intiharçı özünü partladıb.
Baki-xeber.com-un xəbərinə görə, nəticədə 20 nəfər həlak olub, 25 nəfər yaralanıb. İraqın təhlükəsizlik orqanları hücumun intiharçı-kamikadze tərəfindən törədildiyini təsdiqləyib. Anadolu Agentliyi xəbər verir ki, hələlik hadisənin məsuliyyətini heç bir terror təşkilatı üzərinə götürməyib. Doğan Agentliyinin xəbərinə görə isə, İŞİD hadisənin məsuliyyətini artıq üzərinə götürüb.