Qətər ətrafında yaranmış böhranın ardından Türkiyənin ardınca Pakistan da bu ölkəyə əsgər göndərməklə bağlı hərəkətə keçib.
Baki-xeber.com xəbər verir ki, Pakistan Qətərə əsgər göndərilməsilə bağlı parlamentə təklif verib.
Pakistan Qətərə 20 min əsgər göndərmək niyyətindədir.
Ankaranın ardınca, İslamabadın da Qətərə əsgər göndərmək qərarı Pakistan-Türkiyə ittifaqını da gündəmə gətirir.