İsrailin Qüds və milli irs işləri üzrə naziri Zeev Elkin Rusiyaya öz səfirliyini Qüdsə köçürməklə Amerikanı qabaqlamağı təklif edib.
Baki-xeber.com-un xəbərinə görə, Rusiya federasiyasının Təl-Əvivdəki səfirliyində “Rusiya günü” ilə bağlı keçirilən tədbirdə Elkin səfir Aleksandr Şeinlə söhbətində deyib ki, Amerikanın hələ üzərində düşündüyü bu məsələdə Rusiyanın birinci olmasını istərdi.
Xatırladaq ki, bu il aprelin 6-da Rusiya XİN-in saytına yerləşdirilən sənəddə Moskvanın BMT-nin Yaxın Şərq nizamlanmasına sadiqliyi təsdiq olunmaqla Şərqi Qüdsün gələcək Fələstin dövlətinin paytaxtı statusu alması dəstəklənir. “Eyni zamanda bəyan etməyi lazım bilirik ki, bu kontekstdə Qərbi Qüdsü isə İsrailin paytaxtı olaraq görürük”- sənəddə deyilir. Lakin aprelin 20-də Rusiya Federasiyasının BMT-dəki daimi nüayəndəsi Pyotr İliçev qurumun Yaxın Şərq problemləri üzrə Nyu Yorkda keçirdyi icasında bildirib ki, oskvanın Qərbi Qüdsü İsrailin paytaxtı olaraq görməsinə rəğmən, ölkəsinin İsrail səfirliyi əvvəlki kimi Təl-Əvivdə fəaliyyət göstərəcək.