Qətər əmri Tamim bin Hamid Əl Sani ABŞ prezidenti Donald Trampın Ağ Evə dəvətini rədd edib. Baki-xeber.com xəbər verir ki, bu barədə “AP”'yə qətərli bir diplomat açıqlama verib
Diplomat, Qətər əmrinın mövcud sanksiyalar davam etdiyi müddətdə ölkədən ayrılmayacağını, bu səbəbdən Ağ Evə getməyəcəyini deyib.
Qətər əmri Tamim bin Hamid Əl Sani ilə telefonla danışan ABŞ prezidenti Donald Tramp Qətər böhranında vasitəçilik təklif etmişdi.
"Prezident, lazım gəlsə Ağ Evdə görüş də daxil olmaqla, tərəflərə gərginliyi aradan qaldırmaq üçün vasitəçilik təklifi edib" – deyə telefon danışığı ilə bağlı Ağ Evdən bildirilib.
Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani də Qətər əmrinin ölkəsi təcrid altında olduğu müddətdə ölkədən ayrılmayacağını deyib.
Al Sani ərəb ölkələrinin Qətər blokadaya almağa haqqı olmadığına, Səudiyyə Ərəbistanı və bəzi ərəb ölkələrinin Qətəri "səhv və uydurma xəbərlərə" istinadə edərək təcrid etməyə çalışdığını bildirib.
Qətər radikal qruplara maliyyə dəstəyi verdiyinə dair iddialarını rədd edən nazir, “Əl-Cəzirə” televiziyasının bağlanılması fikrinə də rədd edib.
O, qonşu ölkələrin mövqeyinə baxmayaraq, müstəqil bir ölkə kimi Qətərin Müsəlman Qardaşlar kimi qruplara dəstək vermək haqqı olduğunu deyib: "Əgər bəziləri bizim daxili işlərimizə və ya daxili məsələlərimizə müdaxilə etməyi düşünürsə yanılır, bu olmayacaq".
"Heç kim onlara, mənim ölkəmi blokadaya almaq, nəqliyyat və ya hava məkanlarından istifadə edilməsinə və ya gəmilərimizin onların limanlarına yanaşmasına icazə verməmək haqqı vermədi. Kimsə onlara insanları yerlərindən etmək haqqı vermir. Kimsə onlara qətərli qadınlarla səudiyyəli uşaqlarını və ya Əmirlikdəki analarla qətərli uşaqlarını ayırmaq haqqı vermədi. Hansı əsrdə yaşadığımızı mən bilmirəm. Həqiqətən 21-ci əsrdəmi yaşayırıq?" – deyə nazir sərt reaksiya verib.
Qətərlə diplomatik əlaqələrini kəsən dövlətlərdən hər hansı bir tələb almadıqlarını deyən qətərli nazir, "Əgər ortada məntiqli bir iddia və ya ittiham varsa cavab verməyə hazırıq. Ancaq, konkret bir dəlili olmayan bütün bu şübhəli ittihamlara cavab verməyə tam hazır deyilik" deyə bildirib.
Türkiyə əsgərlərinin Qətərə göndərilməsi məsələsinə toxunan nazir türk əsgərlərinin bütün bölgənin təhlükəsizliyi üçün gələcəyini deyib.
Indiyə kimi heç düşmənlərindən belə bir düşmənlik görmədiklərini dilə gətirən nazir, təslim olmayacaqlarını və xarici siyasətlərinin müstəqilliyini təhlükə altına atmayacaqlarını bəyan edib.